Moldova Prezidenti Maya Sandu Kiyevdə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşüb.
Sitat.info xəbər verir ki, bu barədə M.Sandu X hesabında paylaşım edib.
“Biz regional təhlükəsizlik, infrastruktur əlaqələri, ticarət və AB-yə üzvlük mövzularını müzakirə etdik. Xüsusi diqqət enerji əməkdaşlığına və Rusiya təzyiqinə qarşı mübarizəyə yönəldi. Ukraynanın həmrəyliyinə görə minnətdaram”, - Moldova prezidenti paylaşımında bildirib.