Rusiya təyyarəsi quyruğunda 5 metrlik trosla Misirə uçdu

17:12 25 Yanvar 2025

Şeremetyevo hava limanından Misirə uçan “Aeroflot" təyyarəsi 5 metrlik trosla havaya qalxıb.

Sitat.info xəbər verir ki, məlumatı " Baza" Teleqram kanalı yayıb.

Bildirilib ki, "Aeroflot"un Boeing 737 təyyarəsi Misirin Hurgada hava limanına enib.

Uçuşdan sonra yerli texniki işçilər sol şassi dayağı ətrafında nəyinsə sallandığını görüblər. Məlum olub ki, bu, təyyarəni yanacaq doldurarkən elektrik yüklərini boşaltmaq üçün istifadə edilən 5 metrlik trosdur və texniki işçilər onu təyyarədən ayırmağı unudublar.

Kapitan təyyarəni yoxladıqdan sonra geri uçuşu ləğv etməmək qərarına gəlib. Təyyarə Moskvaya qayıtdıqdan sonra füzelyajın sol arxa hissəsində çoxsaylı çatlar və cızıqlar aşkar olunub. Bu səbəbdən təyyarə müvəqqəti olaraq uçuşlardan kənarlaşdırılıb.

"Rosaviatsiya” şirkəti hadisəni araşdırmağa başlayıb.



Xəbər xətti