Biz olmasaq, Ermənistan üçün çətin olacaq - Lebedev

18:30 27 Yanvar 2025

 

Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və MDB çərçivəsində əməkdaşlıq olmadan çətinliklərlə üzləşəcək.

Sitat.info xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.

“Reallıq belədir ki, Ermənistan Aİİ və MDB çərçivəsində əməkdaşlıq olmadan çətinlik çəkəcək. Bəs niyə Ermənistan xalqı üçün əlavə çətinliklər, problemlər yaradılsın? Mənim bildiyimə görə, MDB ölkələri və Belarus Ermənistanın bu əməkdaşlığı qoruyub saxlamasına kömək etməyə hazırdır”, - Lebedev vurğulayıb.

 



Xəbər xətti