Kalın Kostanyanla Suriyada gizli görüşdü, şərt qoydu

14:35 28 Yanvar 2025

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyada Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalınla görüşüb.

Sitat.info  xəbər verir ki, bu barədə “Enabluadatel” Teleqram kanalı məlumat yayıb.

Kanalın iddiasına görə, görüşdə Zəngəzur dəhlizi də müzakirə olunub.

“Dünən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan gözlənilmədən Dəməşqə gedib və orada Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə tamamilə adi görüşdən əlavə, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalınla daha bir və çox qeyri-adi görüş keçirib.

Dialoqun əsas mövzusu Zəngəzur dəhlizinin Ermənistan ərazisindən açılması şərtləridir”, - deyə kanal yazıb.



Xəbər xətti