Qazaxıstan Baş Prokurorluğu təyyarə qəzası ilə bağlı istintaqı davam etdirir

11:55 29 Yanvar 2025

Qazaxıstanın Baş Prokurorluğu AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Baş prokurorunun müavini Qalımjan Koygeldiyev jurnalistlərə açıqlamasında bildirib.

“İstintaq davam etdirilir. Təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, müvafiq ekspertizalar təyin olunub. Bildiyiniz kimi, bu sadə bir iş deyil. Biz AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaqın nəticələrini gözləyirik”, - o qeyd edib.



Xəbər xətti