Putinə sui-qəsd məsələsi böyüdü - BMT-yə müraciət

17:04 29 Yanvar 2025

Dövlət Duması ABŞ Konqresinə və BMT-yə müraciət göndərmək qərarına gəlib. Müraciətdə amerikalı jurnalist Taker Karlsonun ABŞ-ın sabiq prezidenti Co Bayden administrasiyasının Rusiya Prezidenti Vladimir Putinə qarşı sui-qəsd hazırlaması ilə bağlı bəyanatının araşdırılması tələb olunur.

Sitat.info xəbər verir ki, bu barədə Dumanın mətbuat xidməti məlumat yayıb.

“Dövlət Duması ABŞ Konqresinə və BMT-yə müraciət göndərəcək və burada Bayden administrasiyasının Vladimir Putinə qarşı sui-qəsd hazırlaması ilə bağlı Taker Karlsonun bəyanatının araşdırılması tələb olunur”, - məlumatda bildirilib.

Müraciətin mətnini Dövlət Dumasının bütün fraksiyaları dəstəkləyib.



Xəbər xətti