ABŞ 3 minə yaxın ermənini deportasiya edir

17:28 29 Yanvar 2025

ABŞ Prezidenti Donald Trampın yeni fərmanı çərçivəsində ölkədən İran və Ermənistan vətəndaşları deportasiya ediləcək.

Sitat.info xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Qeyd olunub ki, Ermənistanın 2 808, İranın isə 2 618 vətəndaşı deportasiya ediləcək.

Hesabata əsasən, hazırda 1 445 549 nəfər ABŞ-dan deportasiyaya məruz qalıb.



Xəbər xətti