Tramp bu ərazini ələ keçirmək istəyir, AB şokda... - KİV

18:24 29 Yanvar 2025

ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək planları Avropa Birliyi liderlərini şoka salıb.

Sitat.info xəbər verir ki, bu barədə "Politiko" nəşri AB-dəki mənbəyə istinadən xəbər verir.

“Məsələ həqiqətən ciddidir və hər kəs düşünür ki, Avropanın reaksiyası indiyə qədər kifayət qədər inandırıcı olmayıb. Artıq biz şok və inkar mərhələsindən keçmişik, indi isə taktikanı dəyişirik”, – deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, Böyük Britaniyanın baş naziri Keyr Starmer Trampın planlarını müzakirə etmək üçün AB liderləri ilə Brüsseldə görüş keçirəcək. Görüşün 3 fevralda baş tutacağı gözlənilir.

Qeyd edək ki, D.Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-ın tərkibinə daxil olmalıdır. O, həmçinin Panamanı yenidən ABŞ-ın nəzarətinə qaytarmaq və Meksika körfəzini Amerika körfəzi adlandırmaq niyyətindədir. Respublikaçının bu açıqlamaları Panama, Kanada və Danimarka hakimiyyət orqanları tərəfindən kəskin reaksiya ilə qarşılanıb.



Xəbər xətti