Qurbanov "Olimpiakos"la oyundan danışdı

18:47 29 Yanvar 2025

Pley-offa vəsiqə şansımızı itirsək də, oyuna ciddi yanaşırıq. Matça yaxşı hazırlaşmışıq.

Sitat.info xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstan mətbuatına açıqlamasında deyib.

UEFA Avropa Liqasının əsas mərhələsində səfərdə “Olimpiakos”a qarşı keçirəcəkləri VIII tur oyunu barədə fikirlərini bölüşən 53 yaşlı mütəxəssis rəqib əla komanda olduğunu bildirib:

“Ötən il Konfrans Liqasının qalibi olublar. Bunun özü komanda haqqında hər şeyi deyir. “Olimpiakos” çox sürətli futbol oynayan və yaxşı məşqçisi olan kollektivdir. Yəqin ki, turnirin ən sürətli komandalarından biridir”.

O, komandanın daxilində stress olmadığını vurğulayıb:

“Əksinə, bu matçdan yaxşı nəsə qazanmaq şansımız var. Psixoloji cəhətdən hazırıq və şübhəsiz ki, əvvəlki oyunlarımızla müqayisədə daha yaxşısını edə bilərik”.

Qeyd edək ki, yanvarın 31-də keçiriləcək “Olimpiakos” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda Azərbaycan çempionu 3 xalla 34-cü, Yunanıstan təmsilçisi isə 12-xalla 12-ci pillədə qərarlaşıb.



Xəbər xətti