Ermənistan ordusunun general-mayoru axtarışa verilib

15:22 30 Yanvar 2025

44 günlük müharibə vaxtı 18-ci atıcı diviziyasının komandiri, general-mayor Karen Arustamyan axtarışa verilib.

Sitat.info xəbər verir ki, ona qarşı xidməti səlahiyyətlərinin icrası zamanı səhlənkarlıq maddəsilə cinayət işi açılıb.

 Arustamyan vaxtilə Qarabağda separatçıların nəzarətində fəaliyyət göstərən “N” saylı hərbi hissənin 72 nəfərlik şəxsi heyətini öz tabeçiliyinə qəbul etməkdən qanunsuz olaraq boyun qaçırmaqda ittiham edilir.



Xəbər xətti