Bu şadlıq sarayında mənşəyi naməlum məhsullar aşkarlandı

19:37 30 Yanvar 2025

Gəncə şəhəri, Nizami küçəsi 190 ünvanında fəaliyyət göstərən, Elvin Elçin oğlu Ələkbərova məxsus “Ulduzlu Gecə” şadlıq sarayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.

Sitat.info xəbər verir ki, şadlıq sarayında qida təhlükəsizliyi tələblərinin pozulduğu, mal qonşuluğu prinsipinə əməl olunmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullar aşkarlanıb.

Faktla bağlı məhdudlaşdırıcı qərar tətbiq edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib.



Xəbər xətti