Türkiyənin turizm gəlirləri rekord həddə çatdı

12:05 31 Yanvar 2025

Türkiyənin turizm gəliri bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Belə ki, qardaş ölkənin turizm gəlirinin 2024-cü ildə əvvəlki illə müqayisədə 8,3 faiz artaraq 61,1 milyard dollar olub. 

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, ziyarətçilərdən turizm gəliri 60 milyard 497 milyon 18 min dollar, transfer sərnişinlərdən turizm gəliri isə 606 milyon 401 min dollar olub.

Ziyarətçilərdən əldə edilən turizm gəlirinin 17 faizi xaricdə yaşayan və ölkəmizə gələn vətəndaşların payına düşür. Ziyarətçilər öz səfərlərini fərdi və ya paket turlar vasitəsilə təşkil edirlər. Bu ilki ziyarətçilərdən əldə edilən gəlirin 44 milyard dollarını şəxsi xərclər, 17,4 milyard dollarını isə paket tur xərcləri təşkil edib.

Nigar,

Sitat.info 



Xəbər xətti