Türkiyə ordusu terrorçuların silah-sursatını ələ keçirdi

17:13 31 Yanvar 2025

Türkiyə ordusu İraqın şimalında terrorçulara qarşı əməliyyat tədbirlərini davam etdirir.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyat nəticəsində "Pəncə-kilid" bölgəsində terroçulara məxsus çoxlu sayda silah-sursat və digər avadanlıqlar ələ keçirilib.

Belə ki, 10 ədəd AK-47 və 2 ədəd M-16 avtomatı, 1 ədəd 7,62 PKMS snayper tüfəngi, 7 ədəd AT-4 tank əleyhinə silah və 60 ədəd əl qumbarası, eləcə də digər silah-sursat və ləvazimat aşkar olunaraq götürülüb.



Xəbər xətti