“Sumqayıt” klubu futbolçular Kristian Velinovski və Nikola Vuynoviç ilə yollarını ayırıb.
Sitat.info xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Hər iki legionerin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, K.Velinovski 2023-cü ildə, N.Vuynoviç isə ötən ilin yayında transfer edilmişdi.