Ronaldo daha bir tarixi rekorda imza atdı

19:00 31 Yanvar 2025

 

"Əl-Nəsr"in futbolçusu Kristiano Ronaldo daha bir tarixi rekorda imza atıb.

Sitat.info xəbər verir ki, bu, onun çıxış etdiyi komandanın Səudiyyə Ərəbistanı çempionatının son turunda səfərdə "Əl-Raed"ə 2:1 hesabı ilə qalib gəlməsindən sonra reallaşıb. Bu görüşdə fərqlənərək karyerasındakı 921-ci qolunu vuran Ronaldo eyni zamanda tarixi rekorda nail olub.

Əfsanəvi portuqaliyalı futbolçu tarixdə klub səviyyəsində 700 qalibiyyət həddinə çatan ilk futbolçu olub. Fevralın 5-də 40 yaşı tamam olacaq Ronaldo “Sportinq”lə 13, “Mançester Yunayted”lə 214, “Real”la 316, “Yuventus”la 91, “Əl Nəsr”lə 66 oyunda qalib gəlib.

 



Xəbər xətti