İsrail ilə HƏMAS arasında girovların mübadiləsi çərçivəsində dəyişdirilən yəhudi əsilli iki nəfər – Yarden Bibas və Ofer Kalderon artıq Xan-Yunis şəhərinə gətirilib.
Sitat.info xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” məlumat yayıb.
Biri eyni zamanda ABŞ vətəndaşlığını daşıyan girovların (Beynəlxalq Qızıl Xaç Komitəsi) BQXK-nın avtomobilləri ilə gətirildiyi bildirilib.
Yəhudi əsilli Kit Siqalın isə bir qədər sonra qurumun nümayəndələrinə təhvil veriləcəyi açıqlanıb.