Ukrayna 570 hərbçisini itirdi - Ruslar bu ərazini yenidən işğal etdi

14:10 1 Fevral 2025

"Mərkəz" qrupunun döyüşçüləri DXR-də Krımskoyeni yenidən işğal edib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Departamentdən bildirilib ki, Novoaleksandrivka, Dzerjinsk, Drujba, Lısovka, Slavyanka, Baranovka, Novoandrev yaşayış məntəqələrində də Ukrayna Silahlı Qüvvələrinin dörd mexanikləşdirilmiş, motoatıcı, aviasiya briqadasının və bir Milli Qvardiya briqadasının canlı qüvvəsi və texnikası sıradan çıxarılıb.

 “Düşmən 570-dək hərbçisini, iki tankını, o cümlədən Almaniya istehsalı olan “Leopard” tankını, dörd zirehli döyüş maşını, doqquz pikap və üç səhra artilleriya qurğusunu itirib” deyə, məlumatda qeyd olunub.

Səid,

Sitat.info



Xəbər xətti