ABŞ-ın nüfuzlu agentliklərinin ofisi Pentaqondan çıxarılır

15:43 1 Fevral 2025

ABŞ Müdafiə Nazirliyi yeni "illik media rotasiya proqramı" elan edərək, “NBC Nyus”, “Nyu York Tayms”, “Nəşnl Publik Radio” və “Politiko” da daxil olmaqla, bir neçə böyük xəbər agentliyini Pentaqondakı ofis yerlərindən məhrum edib və onların yerini digər nəşrlərə verib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı “NBC Nyus” yayıb.

Bu qərar fərdi bildiriş verilmədən, yalnız ümumi bir qeydlə mətbuat korpusuna çatdırılıb.

Pentaqonun nümayəndəsi Con Ulliot bildirib ki, 14 fevral 2025-ci ildən etibarən əvvəllər ofis imkanı olmayan media qurumlarına yer açmaq üçün xüsusi media sahələrində illik rotasiya sistemi tətbiq ediləcək.



Xəbər xətti