Gürcüstan AŞPA-dan nümayəndə heyətini geri çağırır

19:12 3 Fevral 2025

Gürcüstan AŞPA-dan öz nümayəndə heyətini geri çağırmaq qərarına gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin iclası zamanı bildirilib.

“Avropa Şurası Parlament Assambleyasının demokratiya və suverenliyə hörmətə əsaslanan əsas dəyərlərinə qayıtmasını gözləyirik”, - Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Qeyd olunur ki, artıq AŞPA prezidenti Teodor Russopulosa müvafiq sorğu ilə müraciət edilib



Xəbər xətti