Qərb bu ölkələri Suriyadan kənarlaşdırmaq istəyir

18:28 4 Fevral 2025

Qərb Rusiya, Çin və İranı Suriyadan kənarlaşdırmaq istəyir.

Sitat.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Valday Diskussiya Klubunun 14-cü Yaxın Şərq Konfransı çərçivəsində deyib.

O bildirib ki, Rusiya Suriyanın yeni hakimiyyətində problemlər görür.

“Suriya və Livanda baş verənlərə baxmayaraq, Qərb və Şərqin siyasi prosesi necə inkişaf etdirəcəyinə qərar verə bilmədiyi Liviyada da problemlər var”, - XİN başçısı əlavə edib.



Xəbər xətti