Britaniya rus diplomatın akkreditasiyasını ləğv etdi

18:48 6 Fevral 2025

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi (XİN) ölkədəki Rusiya diplomatının akkreditasiyasını ləğv edib.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu qərar 2024-cü ilin noyabrında Rusiyanın Böyük Britaniya diplomatını ölkədən çıxarmasına cavab olaraq qəbul edilib.

"Biz Rusiya səfiri Andrey Kelini yüksək səviyyəli Britaniya rəsmisi ilə görüşmək üçün dəvət etdik ki, Rusiya diplomatının akkreditasiyasını ləğv edək", - XİN-dən bildirilib.



Xəbər xətti