Şoltsdan Suriya liderinə: Biz buna hazırıq!

19:12 7 Fevral 2025

 

Almaniya kansleri Olaf Şolts Suriyanın keçid hökumətinin prezidenti Əhməd əş-Şara ilə telefon danışığı aparıb.

Sitat.info xəbər verir ki, bu barədə Suriya hökumətinin yaydığı məlumatda bildirilib.

Telefon danışığında ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparılıb.

Şolts ölkəsinin Suriyanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu qeyd edib.

 



Xəbər xətti