AB-də siyasi böhran hökm sürür - Kobaxidze

16:36 8 Fevral 2025

Avropa Birliyi diqqətini öz siyasi və iqtisadi problemlərinin həllinə verməlidir.

Sitat.info xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa liderlərinin ölkəsi ilə bağlı qəbul etdiyi birgə bəyanata münasibət bildirərkən deyib.

Baş nazir vurğulayıb ki, AB-də siyasi böhran hökm sürür:

“Bu səbəbdən AB düzgün olmayan istiqamətdə irəliləyir. Tendensiyalar çox neqativdir. Mən hamını Gürcüstana, onun xalqına və hakimiyyətinə qarşı ədalətli olmağa çağırıram”.



Xəbər xətti