Türkiyə ötən il məhv edilən terrorçuların sayını elan etdi

20:50 10 Fevral 2025

2024-cü ildə Türkiyə hüquq-mühafizə orqanları 49 min 902 əməliyyat keçirib. Nəticədə terrorçu qruplaşmaların 842 üzvü zərərsizləşdirilib.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya fevralın 10-da Şırnaka səfəri zamanı deyib.

“Terror təhlükəsi minimuma endirilir. Türkiyə bu təhlükənin ölkə gündəmindən tam yığışdırılmasına addım-addım nail olur”, - Ə.Yerlikaya qeyd edib.



Xəbər xətti