“Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert baş tutub

13:01 12 Fevral 2025

"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi davam edir.
Sitat.info xəbər verir ki, layihə çərçivəsində “Silsilə tədbirlər proqramı 2 fevral- Azərbaycan Gəncləri Gününə” həsr olunan növbəti konsert 9 fevral, saat 15:00-da  Qara Qarayevin ev muzeyində  gənc piano ifaçısı Elsəvər Rəhimovun iştirakı ilə baş tutub.
Elsevər Rəhimov Asəf Zeynallı adına musiqi kollecinin məzunu Milli konservatoriyanın 1ci kurs pop jazz sənəti ixtisasında  təhsil alır.Respublika müsabiqələrinin laureatıdır.

Konsertdə, bir çox musiqilər ifa olundu. Q.Qarayev (Xəzri Küləyi Дует Норд),Charlie Parker(Donna lee), Errol Garner:(Misty), Autumn Leaves, Vaqif Mustafazadə:(Mart), Səid Rüstəmov:(Hardasan) kimi əsərlərlə dinləyicilərdə xoş ovqat yaradıldı.

Layihənin keçirilməsində başlıca məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istidadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdı.

 



Xəbər xətti