Artur Rasizadənin səhhətində problem yarandı

13:03 13 Fevral 2025

Azərbaycanın sabiq baş naziri Artur Rasizadənin səhhətində problem yaranıb.

Sİtat.info Modern.az-a istinadla xəbər verir ki, keçmiş baş nazir bu günlərdə səhhətinin pisləşməsi səbəbindən müalicə üçün xarici ölkəyə səfər edib.

Onun artıq ölkəyə qayıtdığı bildirilib.

Qeyd edək ki, bir neçə gün sonra - fevralın 26-da Artur Rasizadənin 90 yaşı tamam olur.

Xatırladaq ki, Artur Rasizadə 22 il Azərbaycanın baş naziri olub.



Xəbər xətti