Putin və Tramp köməkçilərinə tapşırıq verdi: Dərhal...

17:04 13 Fevral 2025

Ötən gün Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı öz köməkçilərinə iki ölkə liderləri arasında görüş üçün hazırlıqlara dərhal başlaması ilə bağlı göstəriş vermək barədə razılığa gəliblər.

Sitat.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Dövlət başçıları dünən telefon danışığı zamanı razılığa gəliblər ki, onlar özləri təmasları davam etdirəcəklər. Bundan başqa, müvafiq işə başlamaları üçün dərhal köməkçilərə müvafiq tapşırıqlar veriləcəyi barədə razılığa gəliblər”, - Peskov bildirib.



Xəbər xətti