Güclü külək əsəcək - Sarı xəbərdarlıq

17:26 13 Fevral 2025

 

Sabah bəzi bölgələrdə güclü külək gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xəbərdarlığa əsasən, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Astara, Yardımlıda qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

 



Xəbər xətti