İran səfiri Petrosyanın malikanəsinə gəldi

19:40 13 Fevral 2025

İranın Ermənistandakı səfiri Mehdi Sübhani Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb. 

Sitat.info xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının mətbuat katibi Arman Musinyan məlumat verib.

Görüş Ter-Petrosyanın malikanəsində baş tutub.

Təxminən saat yarım davam edən söhbət zamanı həmsöhbətlər ikitərəfli münasibətlərin hazırkı vəziyyətinə və onların dərinləşdirilməsi perspektivlərinə toxunublar.



Xəbər xətti