Həftənin ən yaxşı futbolçusunun adı açıqlandı

20:10 13 Fevral 2025

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb

Sitat.info xəbər verir ki, bu, Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Seru Qirassidir.

28 yaşlı qvineyalı oyunçu "Sportinq"lə (Portuqaliya) keçirilən ilk pley-off matçında (3:0) 1 qol, 1 assistlə yadda qalıb.

O, səsvermədə Vinisius Junior ("Real", İspaniya), Vanqelis Pavlidis ("Benfika", Portuqaliya) və İqor Payşanı ("Feyenoord", Niderland) qabaqlayıb.



Xəbər xətti