Rusiyanın 7 hava limanında “Xalça” planı tətbiq olunub.
Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanlarında təyyarələrin giriş-çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda bildirilib.
Qeyd edək ki, gecə ərzində Rusiya Ukraynaya məxsus 40 PUA-nı vurub.