HƏMAS azad etdiyi daha 3 nəfəri Qızıl Xaça təhvil verdi

14:12 15 Fevral 2025

HƏMAS İsrail ilə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində daha 3 nəfəri - Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

Sitat.info xəbər verir ki, növbəti mərhələdə onlar İsrailə aparılacaq.

Xatırladaq ki, yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.

HƏMAS ilə razılaşma çərçivəsində İsrail bu gün 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.



Xəbər xətti