Paşinyan onunla Azərbaycanla bağlı müzakirə apardı

15:24 15 Fevral 2025

Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın baş naziri məlumat paylaşıb.

O bildirib ki, görüş çərçivəsində Almaniya-Ermənistan ikitərəfli gündəliyindəki əsas məsələləri, həmçinin Ermənistanın Avropa Birliyi ilə tərəfdaşlığının perspektivlərinə diqqət çəkilib.

"Ermənistan-Azərbaycan normallaşma prosesinin hazırkı mərhələsinə də toxunduq", - Paşinyan əlavə edib.



Xəbər xətti