Bu türk ölkəsi Bakıya uçuşların sayını artırır

16:44 15 Fevral 2025

“Uzbekistan Airways” şirkəti Daşkənddən Bakıya və əks istiqamətdə uçuşların sayını artıracaq.

Sitat.info xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

"Hazırda Daşkənd-Bakı-Daşkənd marşrutu üzrə uçuşlar çərşənbə axşamı, cümə axşamı və bazar günləri həyata keçirilir. Apreldən həftəlik uçuşların sayı həftədə 4 dəfə olacaq", - deyə məlumatda qeyd olunub.



Xəbər xətti