Qərbi Azərbaycanda 50 şagird zəhərləndi

16:55 15 Fevral 2025

 

Bu gün səhər saatlarında Qərbi Azərbaycan əyalətinin Sayınqala (Şahindej) şəhərindəki qızlar məktəbində 50 şagird dəm qazından zəhərlənib.

Sitat.info xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin Fövqəladə Hallar İdarəsinin rəisi Fərzin Rzazadə bildirib.

Onun sözlərinə görə, zəhərlənən qızlar dərhal xəstəxanaya yerləşdirilib.

Zəhərlənmənin istilik sistemlərinin nasazlığı və qaz sızması nəticəsində baş verdiyi qeyd edilib.

 



Xəbər xətti