Ermənistanda kilsədə partlayış: Keşiş yaralandı

17:10 15 Fevral 2025

Ermənistanın Geqarkunik rayonunun Martuni şəhərində yerləşən Müqəddəs Məryəm ana kilsəsində, ziyarətçilərin qəbul edildiyi otaqda partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, partlayış dalğası tikilinin giriş qapısını dağıdıb və pəncərələri sındırıb. Hadisə zamanı kilsənin keşişi Akop Barseqyan xəsarət alıb.

Partlayışın səbəbi hələ ki müəyyən edilməyib.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.



Xəbər xətti