Rusiya və ABŞ-ın yüksək vəzifəli rəsmiləri iki ölkə liderləri arasında mümkün görüşə hazırlıq üçün gələn həftə Səudiyyə Ərəbistanında danışıqlar aparacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb .
Məlumatda Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Ukrayna münaqişəsinin nizamlanmasına dair görüşün ayın sonuna qədər baş tuta biləcəyi iddia edilir.