Narkotilərin onlayn yolla satışını həyata keçirən şəxs saxlanılıb

12:12 18 Fevral 2025

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan satış məqsədi ilə narkotik vasitələr əldə edən Rəşad Süleymanlı saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Sitat.info"ya verilən məlumata görə, həmin şəxsdən ümumi çəkisi 2 kiloqram olan marixuana, heroin və metamfetamin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb, R.Süleymanlı barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.



Xəbər xətti