İstanbulda fırtına xəbərdarlığı: yüzlərlə reys ləğv edildi

00:32 19 Fevral 2025

İstanbulun Sabiha Gökçen hava limanından cümə axşamı və cümə günləri planlaşdırılan daxili və beynəlxalq uçuşların 15%-ə qədəri güclü çovğundan dolayı ləğv ediləcək.

Axar.az xəbər verir ki, bu barədə hava limanının əməliyyat şirkəti HEAŞ-ın açıqlamasında deyilir.

“Gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar fevralın 20-də uçuşların 10%-i, fevralın 21-də isə 15%-i reyslər ləğv ediləcək”, - deyə bildirilir.

Qeyd edək ki, bundan əvvəl türkiyəli sinoptiklər siklonun təsiri ilə İstanbulda dörd gün qar yağacağını və temperaturun kəskin şəkildə aşağı düşəcəyini bildirmişdilər.



Xəbər xətti