ABŞ qitələrarası ballistik raketini sınaqdan keçirdi

17:48 19 Fevral 2025

ABŞ döyüş başlığı olmayan “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə sınağın keçirildiyi BŞ Kosmik Qüvvələrinin “Vandenberq” bazasından məlumat yayılıb.

“Döyüş başlığı olmayan “Minuteman III” qitələrarası ballistik raketi sınaq çərçivəsində 19 fevral 2025-ci il saat 1:00-da (Bakı vaxtı ilə 13:26) buraxılıb”, - qeyd olunur.

Vurğulanıb ki, sınaq buraxılışı Vaşinqtonun hər hansı dünya hadisələrinə reaksiyası deyil.



Xəbər xətti