Bu gün mən Ukraynanın prezidentiyəm, çünki 73% mənə səs verib və hələ də xalqın dəstəyinə sahibəm.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə mətbuat konfransı zamanı deyib.
Zelenski deyib ki, onun aşağı reytinqə sahib olması barədə Trampa yanlış məlumat verilib:
“Biz Amerika xalqına və onun seçdiyi liderə hörmətlə yanaşırıq. Amma təəssüf ki, Trampa dezinformasiya verilib. Onun səsləndirdiyi 4% reytinq yanlışdır. Rəsmi rəqəmlərə görə, mənə etibar edənlər, güvənənlər 57% təşkil edir”.