Tanınmış teleaparıcı yeni vəzifəyə təyin olundu

11:39 20 Fevral 2025

Tanınmış teleaparıcı yeni vəzifəyə təyin olunub.

O, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Məlumata görə, Vüsalə Səid "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio verilişləri" QSC-nin Xəbərlər departamentinin rəhbəri təyin olunub.

Qeyd edək ki, V.Səid bir müddət əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsindən ayrılıb.

O, uzun müddət AzTV və İTV-də fəaliyyət göstərib.



Xəbər xətti