İstanbulda çovğun xəbərdarlığı: Hökumətdən qadağa...

20:12 20 Fevral 2025

İstanbulda şiddətli çovğun səbəbindən məktəblərdə tətilin müddəti 21 fevral tarixinə qədər uzadılıb.

Sitat.info xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül mediaya açıqlamasında deyib.

O, həmçinin yolların buz bağlaması səbəbindən motosiklet və bənzər nəqliyyat vasitələrinin hərəkətinin qadağan olunduğunu bildirib.

Qeyd edək ki, sinoptiklər 21-22 fevral tarixlərində İstanbulda güclü qar çovğununun olacağı barədə xəbərdarlıq ediblər.



Xəbər xətti