Şahin Bağırov onu idarə rəisi təyin etdi

18:18 21 Fevral 2025

Gömrük xidməti mayoru Tural Məhərrəm oğlu Həsənli Dövlət Gömrük Komitəsinin Hüquqi Təminat İdarəsinə rəis təyin edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı komitə sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, T.Həsənli 2024-cü ildən adıçəkilən idarə rəisi vəzifəsini icra edirdi.

Xatırladaq ki, DGK-nin Hüquqi Təminat İdarəsinin əvvəlki rəisi Sənan Muxtarov ötən il təqaüdə göndərilib. S.Muxtarov 32 il bu vəzifədə çalışıb.



Xəbər xətti