Türkiyənin 31 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya X hesabında yazıb.
Nazir əməliyyat nəticəsində 353 şübhəli şəxsin saxlanıldığını bildirib.
Sözügedən şəxslərin terror təşkilatına maliyyə dəstəyi göstərdikləri qeyd olunub.