Yazıçı Ənvər Çingizoğlunun yeni kitabı nəşr edildi

23:00 19 Fevral 2025

Azərbaycanın və Türk dünyasının tanınmış yazıçılarından olan mərhum Ənvər Çingizoglunun yeni kitabı -  "Təbriz xanlığı" nəşr olunub. 

Sitat.info xəbər verir ki, mərhum yazıçının ğlu Erkin Beyzadəbin sözlərinə görə, bu, atasının vəfatından sonra nəşr olunan 6-cı kitabıdır:

"Atam bizə, türk dünyasına 100 dən çox kitab miras qoymuşdur. Allahin verdiyi ömrüm çatana kimi atamın kitablarini nəşr etdirəcəyəm". 

Erkin Beyzade bildirib ki, fevralın 23-də atasının yeni kitabinın təqdimatı olacaq: 

"Kitabda əməyi keçən Aysel xanım, Hüseyn bəy, İntiqam bəyə öz minnətdarlığımı bildirirəm. Təbriz xanlığı kitabını atam sağlığında nəşr etdirmək istəsə də, buna ömrü yetmədi və kitab yarımçıq qaldı. Kitabın ərsəyə gəlməsində yardımçı olan, texniki işlərini yerinə yetirən Tərlan Məmmədova da  təşəkkürlərimi bildirirəm".




Xəbər xətti