Hacıqabulda evdə partlayış: xəsarət alan var

17:46 24 Fevral 2025

Hacıqabul rayonunda evdə baş verən partlayış nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.

Sitat.info xəbər verir ki, hadisə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1980-ci il təvəllüdlü İlqar Arif oğlu Bədəlov evdə iş görərkən partlayış olub.

Hadisə zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan İ.Bədəlov Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti