Şahnaz Bəylərqızı həbsdən buraxıldı

14:40 26 Fevral 2025

“Toplum TV” işi üzrə həbs edilən jurnalist Şahnaz Bəylərqızı ev dustaqlığına buraxılıb.

Sitat.info-nun məlumatına görə, Xətai Rayon Məhkəməsi vəkilin vəsatəti əsasında belə qərar qəbul edib.

Məhkəmə xanım müttəhimin səhhətini nəzərə alaraq vəsatəti təmin edib.

Qeyd edək ki, Şahnaz Bəylərqızı fevralın 5-də həbs edilib. O, qaçaqmalçılıq və digər cinayətlərdə ittiham edilir.

 



Xəbər xətti