Bu gün - martın 2-də tanınmış ilahiyyatçı və ictimai xadim Hacı Şahinin vəfatından 2 il ötür.
Sitat.info dəyərli ictimai xadim, din alimi Hacı Şahin Həsənlinin həyatı haqqında məlumatı təqdim edir.
Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib. Atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar. Onun ailəsi Yasamalda məşhur “müəllimlər binası”nda yaşayıblar.
Şahin Hüseyn oğlu Həsənli 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsində oxuyub. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.
2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən "Məşədi Dadaş" məscidində imam-camaat idi. “Məşədi Dadaş” məsciddində İmam vəzifəsini icra edib. 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Ömrünün son günlərində "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi kimi fəaliyyət göstərib.
Hacı Şahin Həsənli Azərbaycan, ərəb, fars və rus dillərini mükəmməl bilirdi.
Ailəli idi. İki qızı və iki oğlu var.
O, 2023-cü il martın 2-də Bakıda ürək çatışmazlığından vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.
Hacının dəfn mərasimi görünməmiş izdihamla yadda qaldı. Bunun sirri onda idi ki, hər kəs Hacının sözlərində, xütbələrində özünü görə bilirdi, təsəlli tapırdı, ümid tapırdı. Hacı dünyanın işıqlı tərəfini göstərirdi, ora çatmağın mümkün olduğunu deyirdi. Hacının xütbələrini dinləyərək intihar fikrindən daşınan insanlar var idi, çünki o hər zaman xeyirə açılan bir qapı olduğuna inandıra bilirdi.
Hacı təkcə ilahiyyatçı deyildi, dini təbliğ etməklə işini bitmiş saymırdı. Yeri gələndə siyasətçi, yeri gələndə psixoloq idi, ictimai xadim idi. Bir şəhid anasının yanında oğul idi, kimsəsizin yanında qardaş idi, ehtiyacı olanın yanında dost idi, dərdi olan üçün dinləyici idi.
Bu ölüm də Hacının qəbul olmuş duası idi. Həqiqətlərə işıq salmaq gücündə olan bir ölüm - sevənləri, dostları yox, tanımayanlar da, sevməyənlər də, ömründə bir dəfə görməyənlər də ağladı Hacı üçün. Başa düşməyənlər başa düşdü, dinləməyənlər dinləməyə başladı. Hacının necə nəhəng bir şəxsiyyət olduğunu ölümündən sonra anladı çoxları, sən demə indiyə qədər tanımamışıq dedilər.
Hacının missiyası ölümündən sonra da davam edir, daha səssiz, daha dərindən, müzakirəsiz, sözsüz-söhbətsiz...
Ruhu şad olsun!
Sitat.info