Xocalıda da uzun illər sonra Od çərşənbəsi qeyd edildi

22:33 4 Mart 2025

Uzun illərdən sonra ilk dəfə olaraq Xocalının Ballıca kəndində də Od çərşənbəsi qeyd olunub.

Sitat.info  xəbər verir ki, Ballıca kəndinə köç edən ailələr çərşənbə tonqalı qalayıblar.

Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Sakinlər bildiriblər ki, bu gün Xocalıda və Ballıca kəndində qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.



Xəbər xətti